Sağlamlıq

Qışda immuniteti gücləndirməyin 10 yolu

2 Oktyabr 2025 00:17
Baxış: 241
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Soyuq havalar, qısa günlər və yağışlı küçələr bir çox insanda çölə çıxmaq istəksizliyi yaradır. Amma mütəxəssislər bildirir ki, qış aylarında xəstəliklərdən qorunmaq və immuniteti gücləndirmək üçün hər kəsin görə biləcəyi sadə və təsirli yollar var. 

Mütəmadi idman edin

Imperial College London-un immunologiya professoru Daniel Davis deyir ki, həm kardio, həm də ağırlıq məşqləri immun sistemində əsas rol oynayan neytrofil hüceyrələrinin sayını artırır.

Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə aerobik idman tövsiyə olunur.

Amma çox ağır idman yuxunu və stressi poza bilər ki, bu da əksinə, immuniteti zəiflədə bilər.

Açıq havadan imtina etməyin

Yağış və soyuq hava sizi qorxutmasın. Şəxsi məşqçi Kate Rowe-Ham bildirir ki, açıq havada idman həm fiziki, həm də zehni dözümlülüyü artırır.

Yağışlı havada qaçış üçün düzgün ayaqqabı seçmək vacibdir.

Müvaziət məşqləri (məsələn, bir ayaq üstə 20 saniyə durmaq) buzlu havalarda yıxılma riskini azaldır.

Qidalanmaya diqqət edin

Payız-qış mövsümündə təzə məhsullar azalır və bu da bağırsaq florasını zəiflədə bilər. Qidalanma mütəxəssisi Dr. Megan Rossi:

Daha çox lif qəbul edin.

Dondurulmuş meyvə-tərəvəzlə menyunu zənginləşdirin.

Omega-3 ilə zəngin balıqlara üstünlük verin.

Kəfir və probiotik yoğurt bağırsaq sağlamlığı üçün faydalıdır.

Alkoqol istifadəsini məhdudlaşdırın

Alkoqol bağırsaq divarını zəiflədir, iltihabı artırır və immuniteti azaldır. Rossi, gündə maksimum 1-2 stəkan içki qəbulunu tövsiyə edir.

Gigiyenaya fikir verin

NHS həkimi Deepali Misra-Sharp deyir ki, alkoqollu əl jelləri norovirusa qarşı təsirli deyil.

Əlləri 20 saniyə sabunla yuyun.

Tez-tez toxunulan səthləri dezinfeksiya edin.

Qrip peyvəndi etdirin

Qapalı yerlərdə viruslar daha sürətlə yayılır. NHS yaşlılar, xroniki xəstələr, hamilələr və uşaqlar üçün pulsuz qrip peyvəndi təklif edir.

RSV virusuna qarşı da bəzi yaş qrupları və hamilələr üçün peyvənd mümkündür.

COVID peyvəndini unutmayın

COVID hələ də yaşlı və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Mütəxəssislər 75 yaşdan yuxarı şəxslərə və qocalar evində yaşayanlara gücləndirici vaksin məsləhət görür.

Tədqiqatlar göstərir ki, peyvənddən öncə idman etmək və yaxşı yatmaq anticisimlərin yaranmasını gücləndirir.

D və A vitaminlərinə üstünlük verin

C vitamini soyuqdəyməni qarşısını almır, amma D və A vitaminləri immun sisteminə güclü dəstək verir.

D vitamini: yumurta, yağlı balıqlar

A vitamini: kök, ispanaq və digər yaşıl tərəvəzlər

Əhvalınızı yüksək saxlayın

Qısa günlər və qaranlıq hava ruh halını zəiflədə bilər. Psixoloq Suzy Reading deyir:
Parlaq rəngli geyimlər, evdə işıqlandırmanın artırılması və təmiz pəncərələr təbii işığı artıraraq əhvalı yaxşılaşdırır.

Faydalı bakteriyalardan yararlanın

İmmunitetin 70%-i bağırsaqda yerləşir. Rossi bildirir ki, LGG və BB-12 adlı bakteriyalar soyuqdəymə və qrip simptomlarını azalda bilər.

Araşdırmalar bu bakteriyaları qəbul edən insanlarda infeksiya günlərinin 33% azaldığını göstərib.

Yaxşı yuxu vacibdir

Yuxu zamanı kortizol hormonu azalır və orqanizm özünü bərpa edir. Yuxu mütəxəssisi Dr. Neil Stanley:
Otaq temperaturu 16-18°C olmalıdır.
Qışlıq yorğan istifadə etmək immunitetin bərpasına kömək edir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.