İran

İran general Süleymaninin qatillərindən birini tapdı və öldürdü

1 İyul 2021 10:57
0 Şərh     Baxış: 2 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdə yerləşən aviabazada ölü tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Air Force Times nəşri yazıb. Məlumata görə, İran xüsusi xidmət orqanları Uillisi general Qasim Süleymanini öldürənlərin siyahısında olduğunu üzə çıxarıb.  55 yaşlı generalın döyüş əməliyyatları zamanı ölmədiyi bildirilir. Hazırda onun ölümünün təfərrüatları araşdırılır. Əsas versilayardan biri İranın mümkün iştirakıdır. Ölən hərbçi "Qırmızı at" eskadrilyasına rəhbərlik edib.

Xatırladaq ki, bir müddət əvvəl İranın briqada generalı İsmayıl Kaani Süleymaninin qətlində əli olanların üzə çxıarılacağını bildirmişdi. "Siz öz evinizdə rahat yata bilməyəcəksiniz və qisas alınacaq" deyə bildirmişdi. Qasim Süleymani ötən il yanvarın əvvəlində qətlə yetirilib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.