İran

Laricaninin yeri belə müəyyən edilib

22 Mart 2026 23:47
Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əli Laricani heç bir terror təşkilatı ilə əlaqəsi olmayan mülki siyasətçi idi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri tanınmış iranlı jurnalist Əli Əlizadə "Jedaal" tok-şousunda söyləyib. 

Jurnalist həmçinin Laricaninin Tehranda necə öldürüldüyü barədə açıqlama verib.

"İsrail bu hücumları süni intellekt əsaslı "ağıllı müharibə"lərin bir növü kimi təqdim edir. Bildirmək istəyirəm ki, Laricaninin, bir gün sonra isə İsmayıl Xətibin (İranın kəşfiyyat və milli təhlükəsizlik naziri - red.) öldürülmə üsulunun "ağıllı müharibə" ilə heç bir əlaqəsi yoxdur.

Onun yerini müəyyən etmək üçün altı və ya yeddi yer seçilib və onların hamısı kor-koranə şəkildə bombardman edilib. Nəhayət, Laricani qızının evində, Tehranın kifayət qədər kasıb bir rayonunda qətlə yetirilib. Onunla birlikdə həmin ərazidə daha 105 nəfər öldürülüb", - jurnalist söyləyib.

Əlizadənin sözlərinə görə, bombardman edilən digər yerlərin hər birində də təxminən eyni sayda adam öldürülüb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.