İran

İranda bu şəxslərin əmlakları müsadirə ediləcək

9 Mart 2026 20:57
Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Baş Prokurorluğu ABŞ və İsraillə əməkdaşlıq etdiyi iddia edilən xaricdə yaşayan vətəndaşlarının bütün əmlaklarının ələ keçiriləcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərar Vaşinqton və Təl-Əvivin Tehrana qarşı başlatdığı müharibə fonunda düşmən hökumətlərin və ya qrupların xeyrinə hərəkət edən şəxsləri hədəfləyir.

Qərarın əsas məqsədi "ölkənin təhlükəsizliyinə qarşı həyata keçirilən hər cür əməliyyat hərəkətlərini" dayandırmaq və cəzalandırmaqdır.

Dövlət televiziyasının yaydığı məlumata görə, sanksiyalar 2025-ci ilin oktyabrında qüvvəyə minmiş İran İslam Cinayət Məcəlləsinə əsaslanır.

"Sionist rejimi, ABŞ hökuməti və ya digər düşmən rejimlər adından hərəkət edənlərin bütün əmlakları müsadirə ediləcək və bu şəxslər edam cəzasına məhkum ediləcək", - sənəddə bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.