İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Ali Liderinin seçilməsi məsələsinə heç kimin müdaxilə etməməli olduğunu deyib.
Milli.Az xəbər verir ki, o bu barədə "NBC News" telekanalına verdiyi müsahibədə məlumat verib.
Əraqçi ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinin seçilməsi prosesinə Vaşinqtonun da cəlb olunmalı olduğu barədə açıqlamalarını şərh edib:
"Bu məsələ yalnız İran xalqının işidir, heç kim bu məsələyə qarışmamalıdır. Yeni lideri Donald Tramp deyil, İran xalqı seçəcək".
Milli.Az





