İran

İrana edilən hücumlarda ölənlərin sayı açıqlandı

28 Fevral 2026 22:16
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Qırmızı Aypara Cəmiyyəti rəsmən elan edib ki, gün ərzində baş verən hücumlarda ölənlərin sayı 201-ə çatıb. Bu rəqəmin 150-si Minab şəhərində ibtidai məktəbdə həyatını itirən azyaşlı qızlardır.

Milli.Az xəbər verir ki, 24 fərqli vilayətdə hədəf alınan nöqtələrdə 201 nəfər həyatını itirib, 747 nəfər isə yaralanıb.

İranın ali lideri Ayətullah Əli Xamneyinin Tehrandan çıxarıldığı və gizli, təhlükəsiz bir nöqtəyə aparıldığı bildirilir. Prezident Pezeşkianın isə vəziyyətinin yaxşı olduğu açıqlanıb.

İraq, BƏƏ, Qətər, Küveyt və Suriya hava məkanlarını bağlayıb. Türk Hava Yolları (THY) 10 ölkəyə bütün uçuşlarını ləğv edib.

ABŞ mənbələri bu birgə əməliyyatın aylar öncə planlaşdırıldığını və ilk mərhələnin 4 gün davam edəcəyini vurğulayır.

Məsud Pezeşkian qız məktəbinə hücumu "insanlıqdan kənar" adlandıraraq, bütün tibbi mərkəzləri yaralılar üçün səfərbər olmağa çağırıb. O, bu hadisənin təcavüzkarların cinayət siyahısında ən qara səhifə olduğunu bildirib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.