İran Qırmızı Aypara Cəmiyyəti rəsmən elan edib ki, gün ərzində baş verən hücumlarda ölənlərin sayı 201-ə çatıb. Bu rəqəmin 150-si Minab şəhərində ibtidai məktəbdə həyatını itirən azyaşlı qızlardır.
Milli.Az xəbər verir ki, 24 fərqli vilayətdə hədəf alınan nöqtələrdə 201 nəfər həyatını itirib, 747 nəfər isə yaralanıb.
İranın ali lideri Ayətullah Əli Xamneyinin Tehrandan çıxarıldığı və gizli, təhlükəsiz bir nöqtəyə aparıldığı bildirilir. Prezident Pezeşkianın isə vəziyyətinin yaxşı olduğu açıqlanıb.
İraq, BƏƏ, Qətər, Küveyt və Suriya hava məkanlarını bağlayıb. Türk Hava Yolları (THY) 10 ölkəyə bütün uçuşlarını ləğv edib.
ABŞ mənbələri bu birgə əməliyyatın aylar öncə planlaşdırıldığını və ilk mərhələnin 4 gün davam edəcəyini vurğulayır.
Məsud Pezeşkian qız məktəbinə hücumu "insanlıqdan kənar" adlandıraraq, bütün tibbi mərkəzləri yaralılar üçün səfərbər olmağa çağırıb. O, bu hadisənin təcavüzkarların cinayət siyahısında ən qara səhifə olduğunu bildirib.
Lalə Qüdrətova
Milli.Az