İran

İranda idman zalına hücum - 15 ölü

28 Fevral 2026 21:38
Baxış: 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda idman zalına hücumda 15 nəfər ölüb.

Milli.Az xəbər verir ki, İranın Fars əyalətinin Lamerd rayonunun qubernatoru Əli Əlizadə İsrail və ABŞ qüvvələrinin şəhərdəki idman zalına və iki yaşayış yerinə hücumunda ən azı 15 nəfərin öldüyünü bildirib.

Əlizadə hücum zamanı bir çox İran vətəndaşının yaralandığını da əlavə edib. O, ölənlərin sayının artacağından ehtiyat etdiklərini qeyd edib.

Bundan əlavə, İran televiziya kanalları Qum, Bülent, Əlborz və Urmiyada partlayış səslərinin eşidildiyini xəbər verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.