Müharibə başlasa, İran güclü və şokedici tərzdə cavab verəcək.
Milli.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "CNN Türk" kanalına müsahibədə deyib.
"ABŞ 12 günlük müharibədə məğlub oldu və təyin etdiyi hədəflərin heç birinə çata bilmədi. Sonda isə məcbur olub atəşkəslə bağlı bizə müraciət etdi. Ballistik raketlərimiz yerindədir. Güclü nöqtələrimizə yenidən nəzərə saldıq və daha böyük qüdrətlə hazır vəziyyətdəyik",- Əraqçi bildirib.
O əlavə edib ki, İrana qarşı qarşı hücum baş versə, cavab güclü və şokedici olacaq.
"Bu, bizim ABŞ-a verə biləcəyimiz ən aydın mesajdır",- Əraqçi vurğulayıb. /APA
Milli.Az





