İran

İran və “AB üçlüyü” nüvə danışıqlarına başlamağa razılaşdı

20 İyul 2025 17:38
Baxış: 326
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran, nüvə proqramı ilə bağlı Almaniya, Fransa və Böyük Britaniyadan ibarət "AB üçlüyü" ilə danışıqlar aparmağa razılaşıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" agentliyi etibarlı mənbəyə istinadən yayıb.

"Tehran, İranın nüvə məsələsi ilə bağlı danışıqların aparılması üçün üç Avropa ölkəsi - Almaniya, Fransa və İngiltərə ilə razılıq əldə edib", - məlumatda qeyd olunub.

Hələlik danışıqların dəqiq vaxtı və keçirilmə yeri barədə rəsmi məlumat verilməyib.

Bununla belə, "Sky News Arabia"nın yaydığı məlumata əsasən, İran və "AB üçlüyü" arasında nüvə danışıqları gələn həftə İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.