İran

İran nüvə sazişindən çıxır - müharibə dayanacaq?

16 İyun 2025 16:48
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran parlamenti Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindən çıxmasına dair qərarı müzakirəyə çıxarıb və bu istiqamətdə səsvermə keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, Nazirlik bu məsələni parlamentlə birgə koordinasiya edir:

"Biz parlamentlə daimi təmasdayıq. Təbii ki, parlamentin qəbul etdiyi qanunlar icra olunacaq. Hazırda bu istiqamətdə bir neçə qanun layihəsi parlamentdə müzakirə olunur və Xarici İşlər Nazirliyi də onlarla sıx əməkdaşlıq edir".

Bəqayi əlavə edib ki, İran hələ də müqavilə üzrə öhdəliklərini yerinə yetirir və nüvə silahının Yaxın Şərqdə yerinin olmadığına inanır.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.