İran

İran: ABŞ-la nüvə danışıqları mənasını itirib

14 İyun 2025 13:42
Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İsrailin son hücumlarından sonra Vaşinqtonla nüvə proqramı üzrə danışıqların mənasını itirdiyini bildirib.

Milli.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

O, ABŞ-ın bir tərəfdən danışıqlara hazır olduğunu, digər tərəfdən isə İsrailin hücumlarına şərait yaratdığını bildirərək bunu ziddiyyətli yanaşma adlandırıb.

Qeyd edək ki, ABŞ və İran apreldən bəri Oman vasitəçiliyi ilə dolayı danışıqlar aparırdı. Altıncı raundun Maskatda keçirilməsi planlaşdırılsa da, hücumlar səbəbindən görüşün baş tutması sual altındadır.

Milli.Az

 

 
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.