İdman

“Sabah” baş məşqçisi ilə yollarını ayırdı

14 İyun 2025 22:00
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:00

"Sabah" klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub.

Klub Vasili Vladimiroviçə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirib.

"Sabah" onun rəhbərliyi altında ilk dəfə Azərbaycan Kubokunu qazanaraq klubun tarixində əlamətdar və simvolik bir səhifə yazıb.

-----------
19:30

Rusiyalı mütəxəssis Vasili Berezutski "Sabah"dan ayrıla bilər.

"FutbolPress"in əldə etdiyi məlumata görə, o, ailəvi səbəblərə görə Bakıdan ayrılmağı düşünür. Berezutskinin ailəsi Rusiyaya qayıtmaq niyyətindədir. Mütəxəssis hələ tam qərarını verməyib.

"Sabah" Premyer Liqada mövsümü 4-cü sırada bitirib. "Bayquşlar" Azərbaycan Kubokunun qalibi olub və Avropa Liqasına vəsiqə qazanıb.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.