Ölkə

Bu şəxslərin də tibbi xərcləri sığorta ilə qarşılanacaq

15 Sentyabr 2025 13:12
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda icbari tibbi sığortalı şəxslərin siyahısı genişləndirilir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik təklif edilir.

Sənəd layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunub.

Layihədə vurğulanıb ki, qüvvədə olan qanuna görə Azərbaycan vətəndaşları, ölkədə qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilirlər.

Təklif edilən dəyişikliklə isə BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə yanaşı, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də sığortaolunanlar siyahısına əlavə edilirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.