İran

Xameneidən 6 ölkəyə xəbərdarlıq: “Ağır nəticələri olacaq!” – Türkiyə də var

7 Aprel 2025 08:47
Baxış: 1 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İran ABŞ-la Oman Sultanlığı vasitəsilə danışıqlar aparmağı təklif edir".

Milli.Az xəbər verir ki, bunu yüksək rütbəli İran rəsmisi "Reuters" agentliyinə deyib.

"Bu yol çətindir. Amma Vaşinqton dəstəkləsə, bu cür danışıqlar tezliklə başlaya bilər", - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, İran həmçinin İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Türkiyə və Bəhreynə rəsmi xəbərdarlıqlar göndərib:

"ABŞ-ın mümkün hücumuna hər hansı dəstək, o cümlədən sözügedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək. Belə bir hərəkətin onlar üçün ağır nəticələri olacaq".

Sözügedən mənbə İranın ali rəhbəri Ayətullah Əli Xameneinin ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirib.

Nəşrin məlumatına görə, İraq, Küveyt, BƏƏ, Qətər və Bəhreyn hökumətlərinin sözçüləri xəbərdarlığa cavab verməyib.

Türkiyə Xarici İşlər Nazirliyi isə bundan xəbərsiz olduğunu, lakin bu cür mesajların başqa kanallarla ötürülə biləcəyini vurğulayıb. (Globalinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.