İranda 4,8 maqnitudalı zəlzələ baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Bildirilib ki, yeraltı təkanlar İsfahan vilayətində qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Milli.Az