İranda da güclü zəlzələ oldu

21 Mart 2025 14:27

İranda 4,8 maqnitudalı zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Bildirilib ki, yeraltı təkanlar İsfahan vilayətində qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Milli.Az