İran

Güneyli fəallar Azərbaycana və Türkiyəyə qarşı təhqirlərə etiraz ediblər

4 Yanvar 2025 14:52
Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərdəbildə hökumət muzdlularının son təxribatından sonra milli fəallar Təbrizdə İran hökumətinin Azərbaycan və Türkiyəyə qarşı təhqirlərinə cavab olaraq divarlara şüarlar yazıblar.

Milli.Az bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, divarlara "Təbriz, azadlığa hazırlaş!", "Azadlıq, Ədalət, Milli hökumət" şüarları yazılıb.

Xatırladaq ki, Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli Çaldıran döyüşü və Kərbəla hadisəsini bir-biri ilə əlaqələndirərək türklər arasında fitnə salmağa çalışıb. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqirlər səsləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.