İran

"İran 5 yerə parçalanacaq!"

23 Oktyabr 2024 09:33
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son günlər İranın məşhur din xadimi Ayətullah Məhəmməd Mehdi Mirbağerinin açıqlamaları ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Bu da təsadüfi deyil, çünki İranda ali rəhbəri seçən Ekspertlər Şurasının üzvü Ayətullah Mirbağeri Ayətullah Seyid Əli Xameneidən sonra həmin posta mümkün namizədlərdən biri hesab olunur. Üstəlik, o, ölkənin siyasi həyatında ciddi təsirə malik "Sabitlik Cəbhəsi" adlı siyasi qruplaşmanın ideoloqu və prezidentliyə keçmiş namizəd Səid Cəlilinin mənəvi atası sayılır".

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Bildirilir ki, məhz bu səbəbdən Ayətullah Mirbağerinin çıxışları İranda bütöv bir siyasi cərəyanın baxışı və mövqeyi kimi qəbul olunur.

Bir müddət öncə Ayətullah Mirbağerinin dövlət televiziyasına geniş müsahibəsində İranın Qərblə, o cümlədən İsraillə müharibəsinin qaçılmaz olması barədə səsləndirdiyi fikirlər ölkə mediasında və sosial şəbəkələrdə geniş müzakirələr doğurub və çoxsaylı tənqidlərlə üzləşib. Müharibənin labüdlüyü, hətta zəruriliyi barədə çağırışları ilə İranı fəlakətə sürükləməkdə ittiham olunan Ayətullah Mirbağeri oktyabrın 19-da yayılmış yeni bir açıqlamasında bu ittihamı rədd edib, müharibə deyil, müqavimət tərəfdarı olduğunu vurğulayaraq deyib: "Əgər müqavimət göstərməsək, İraq üç yerə, İran isə beş yerə parçalanacaq!" Bu qalmaqallı açıqlama mətbuatın xüsusi diqqətini çəkərək, onun fikirləri ətrafında müzakirələrin daha da qızışmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.