İran

İbrahim Rəisi dəfn olundu - YENİLƏNİB - FOTO

23 May 2024 20:47
Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi dəfn olunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə ISNA məlumat yayıb.

Rəisi Məşhəddə İmam Rza türbəsində dəfn edilib.

-------

16:53

İranın mərhum prezidenti İbrahim Rəisinin cənazəsini aparan təyyarə Məşhəd şəhərinin hava limanına eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İran KİV-ləri məlumat verib.

Məlumata görə, çox sayda insan və İmam Rza hərəminin bir qrup qulluqçusu prezidentin xatirəsini yad etmək üçün hava limanına toplaşıb.

Xarici diplomatlar, eləcə də qonşu ölkələrin rəsmi nümayəndə heyətləri də dəfn mərasimində iştirak etmək üçün Məşhədə gediblər.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.