Azərbaycanlılar təbrizlini prezident seçəcəkmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranda prezident seçkisinə bir neçə gün qalıb. Müxtəlif rəy sorğularına və aparılan müşahidələrə görə, rəqabət əsasən 3 namizəd - Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili, Təbrizin millət vəkili, sabiq səhiyyə naziri Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Bagir Qalibaf arasında gedəcək. İran Konstitusiyasına görə, prezidentin elə böyük səlahiyyətləri yoxdur, əsas söz sahibi ali dini liderdir, onun istəyi əleyhinə siyasət yürütmək və qərar vermək mümkün deyil. Buna baxmayaraq, indiki halda İranda prezidentin kim olacağına diqqət artıb. Bu, ali dini liderin yaşlı və xəstə olması, o cümlədən İran iqtisadiyyatının artan problemləri ilə bağlıdır.
Milli.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, İranda yaşayan soydaşlarımız arasında prezident seçkisi ilə bağlı maraqlı polemika gedir:
"Güneydəki bir qrup fəal soydaşımız hesab edir ki, seçkiləri əvvəlki illərdə olduğu kimi, boykot etmək lazımdır, çünki İranda prezidentin islahatçı olması belə heç nəyi dəyişməyəcək, verilən vədlər yerinə yetirilməyəcək. İkinci qrup soydaşımız isə əksinə, azərbaycanlı namizəd Məsud Pezeşkiana dəstək verilməsini lazım bilir.
Onların arqumenti belədir ki, 17 ildir Təbrizin millət vəkili Məsud Pezeşkian bölgənin, o cümlədən azərbaycanlıların problemlərinə yaxından bələddir, vaxtilə İran parlamentində Türk Fraksiyasının üzvü olub, çıxışlarında İranın xarici siyasətini kəskin tənqid edib.
O, heç bir ölkənin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini vurğulayıb. Məsud Pezeşkianın sözlərinə görə, vəziyyət elə bir yerə çatıb ki, hər hansı bir hadisə baş verdiyi zaman digər ölkələr İranın onların daxili işlərinə müdaxiləsini hiss edirlər. "Hamı ilə dava-dalaşdayıq. Heç bir ölkəyə müdaxilə etməməliyik. Lakin istər-istəməz elə hadisələr baş verir ki, digər ölkələr bizim müdaxilə etdiyimizi hiss edirlər və bu, qonşu ölkələrin bizə olan düşüncələridir", - deyə təblizli millət vəkili çıxışında vurğulayıb. Prezidentliyə namizədin fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır və sonra onları həll etmək daha da çətinləşir. Buna görə də ölkə inkişaf edə bilmir.
Bu çıxış Məsud Pezeşkianın azərbaycanlılar üçün nəsə etməyə çalışa biləcəyinin işarəsidirmi? Hər halda Məsud Pezeşkian azərbaycanlıların səsi hesabına qələbə qazanarsa, soydaşlarımız qarşısında məsuliyyəti artacaq. Sınamağa dəyər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı açıqlandı - (Foto)
-
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
-
İran Hörmüz boğazının bağlandığını elan edib
-
Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"
-
Pezeşkian: ABŞ öhdəliklərinə qayıtsa, İran Hörmüz boğazını açacaq
-
Müctəba Xameneinin müraciəti yayılıb
XƏBƏR LENTİ
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)





