İran

Qonşu ölkədə güclü zəlzələ - 2 ölü, yaralılar var - YENİLƏNİB

18 İyun 2024 17:32
Baxış: 8 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda baş verən 5 bal gücündəki zəlzələ nəticəsində 2 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

--------

15:32

İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ yerli vaxtla saat 13.24-də qeydə alınıb.

Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.

Zəlzələnin can və ya mal itkisinə səbəb olması ilə bağlı açıqlama verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.