İran

Rəisinin helikopterinin pilotları: 3-ü də türkdür - FOTO

22 May 2024 22:09
Baxış: 2 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 mayda Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisinin qəzaya uğradığı helikopterin pilotları və pilot köməkçisi türkdür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hərbi Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, qəzada dünyasını dəyişən Seyid Tahir Mustafavi türkmən, Möhsün Daryanuş qaşqay, Bəhruz Qədimi isə güney azərbaycanlıdır.

Hər üçü polkovnik rütbəsi daşıyıb və böyük təcrübələri olub.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.