İran

Gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açıldı - FOTO

7 May 2024 19:42
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehran şəhər Prokurorluğu "Meydan-e Azadi" aylıq qəzetinin baş redaktoru Hadi Kəsayizadə və iqtisadi jurnalist Əsəl Dadaşlıya qarşı məhkəmədə cinayət işi qaldırıb.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları Mərkəzinə istinadən xəbər yayıb.

Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatına görə, cinayət işinin açılmasına səbəb hər iki jurnalistin Nika Şakərəminin repressiv hökumət qüvvələri tərəfindən cinsi təcavüzə məruz qalaraq öldürülməsi ilə bağlı paylaşımlar etməsi olub.

İranın Ədliyyə-Məhkəmə Sisteminin mətbu orqanı - "Mizan" saytı Hadi Kəsayizadə və Əsəl Dadaşlının sosial media hesablarında Nika Şakərəmi haqqında yalan məlumatlar paylaşdıqlarını iddia edərək, onları dövlət quruluşu əleyhinə təbliğat aparmaqda ittiham edib.

Qeyd olunub ki, Mərziyə Mahmudi və Məhəmməd Parsi adlı daha iki jurnalist bununla bağlı məhkəməyə verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.