İran

İranda sərnişin avtobusu aşdı - Ölənlər və yaralananlar var

15 Aprel 2024 10:06
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün yerli vaxtla saat 04:00 radələrində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Heyran aşırımında sərnişin avtobusu aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayəti Qırmızı Ayara Cəmiyyəti idarəsinin müdiri Həmid Qəvidel deyib.

Onun sözlərinə görə, sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Qəvidel bildirib ki, xəsarət alanlar təcili yardım maşınları ilə Ərdəbil və Astara xəstəxanalarına çatdırılıblar.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.