İran

Təbrizdə tarixi bina uçdu

26 Avqust 2023 22:00
Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbrizdə yerləşən tarixi Kəlkətəçi evi Mədəni İrs Təşkilatının laqeydliyi nəticəsində uçub.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Qacarlar dövrünə aid memarlıq nümunələrindən olan Kəlkətəçi evi 26 iyun 2005-ci ildə 11980 nömrə ilə İranın milli əsərləri siyahısında qeydiyyata alınıb. Ancaq müraciətlərə baxmayaraq, tarixi əsərin bərpası və qorunması üçün heç bir vəsait ayrılmayıb. Memarlıq nümunəsi avqustun 25-də uçub.

Təbriz bələdiyyəsinin Tarixi binaların bərpası və qorunmasına nəzarət bölməsinin rəhbəri Elnaz Siyasi 780 kvadrat metr sahəsi olan Kəlkətəçi evinin tarixi dəyərinə görə Təbrizin ən əhəmiyyətli əsərlərindən biri olduğunu deyib.

"Bir neçə il öncə Təbriz bələdiyyəsi tarixi binanın bərpası üçün işə başlayıb. Ancaq bir müddət sonra yetərli vəsait ayrılmadığı üçün bərpa və təmir işləri yarımçıq qalıb", - o bildirib.

Təbrizin 8-ci bölgəsi bələdiyyəsinin texniki və abadlıq işləri üzrə nümayəndəsi Orəng Rəsuli də tarixi evin dağılmasının əsas səbəbi kimi bərpa işləri üçün büdcə ayrılmamasını göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.