İran

BMT-dən İrana çağırış: edam cəzasını və hicab qanunlarını ləğv edin

10 Avqust 2023 13:51
Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT İranı edam cəzasını və hicab qanunlarını ləğv etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına və Baş Katibə təqdim edilən hesabatda İranda artan edamları dayandırmaq və məcburi hicab qaydalarını geri götürməyə dair çağırış yer alıb.

Hesabatda İran bütün şəxslərin, o cümlədən etirazlar kontekstində və narkotiklə əlaqəli cinayətlərə görə edam cəzasına məhkum edilmiş şəxslərin edamını dərhal dayandırmağa və ölüm hökmünün tətbiqindən çəkinməyə də çağırış edilib.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, təkcə bu il 350-dən çox iranlı edam edilib. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur.

Məhsa Əmininin Əxlaq Polisi tərəfindən öldürülməsindən sonra İranda baş verən ümummilli etirazlardan sonra edamların sayı daha da artıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.