İdman

İtaliya klubundan İkardiyə sürpriz TƏKLİF

12 Oktyabr 2025 14:04
Baxış: 418
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi bir müddətdir ki, çoxlu spekulyasiyalara səbəb olub. Klubun prezidenti Dursun Özbek İtaliyadan sürpriz bir iddiaçının ortaya çıxdığını bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Torino" heyətini hücumçu ilə gücləndirmək istəyir və Mauro İkardi komandanın transfer siyahısında birinci yerdədir.

"Torino" rəhbərliyi yanvarda ulduz hücumçunun agenti ilə görüşməyi planlaşdırır.

Xatırladaq ki, uzun illər İtaliyada çıxış edən İkardi "İnter" və "Sampdoriya"nın formasını geyinib.

Argentinalı ulduz bu mövsüm ümumilikdə 9 matçda meydana çıxıb və 5 dəfə fərqlənib.

"Transfermarkt"ın məlumatına görə, hazırda oun bazar dəyəri 8 milyon avrodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.