Güney Azərbaycan dövləti qurulacaq! - Türkmən lider
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Milli Hərəkatda Caryar Türkmən kimi tanınan Türkmənistan Milli Demokratik Cəbhəsinin lideri Avdygafur Satashın Axar.az-a verdiyi müsahibəni təqdim edir:
- İranda yaşayan türk xalqlarının milli oyanışı başlayıb. Bu prosesdə türkmənlərin aktivliyi necədir?
- Güney türkmənlərinin sayı təxminən 5 milyondur. Onlardan bir hissəsi kiçik şəhərlərdə və kəndlərdə yaşayır. Türkmənlər, əsasən İranın şimalında, Xəzər dənizinin cənub-şərq sahilində və Türkmənistan Respublikasının cənub sərhədində yerləşiblər. Türkmən-Sahra 15 şəhər və qəsəbə, həmçinin 1600-ə yaxın kənddən ibarətdir. İndiki Türkmən-Sahra (Cənubi Türkmənistan) ərazisinə Gülüstan əyaləti, Mazandaran əyalətinin bir hissəsi və Xorasan əyalətinin şimal hissəsi daxildir. Mazandaran da Xəzər ətrafını əhatə edir. Bu vilayətlər İran-fars rejiminin şovinist və ədalətsiz bölgüsünün məhsuludur. Güney Türkmənistan milli oyanış hərəkatı hələ İran İslam İnqilabından başlayıb. İranda demokratik dövlətin qurulmasını istəyib, bir ildən sonra İran islam rejimi tərəfindən sıxışdırılan muxtar demokratik quruluş qurduq. İran dövləti də inqilabdan iki ay sonra bizə hərbi güc göstərdi. Biz yenildik, muxtar respublikamız dağıldı. Lakin şah tərəfindən alınan yerləri türkmən millətinə qaytara bildik.
- Avropada martın 25-də keçiriləcək Güney azərbaycanlıların aksiyası haqqında düşüncələriniz maraqlıdır. Türkmən qardaşlarımız da bu aksiyanı dəstəkləyir?
- Türkmənlər hər zaman Güney Azərbaycan türklərinin yanındadır. Baxmayaraq ki, İran dövləti şiə-sünni faktorundan istifadə edərək, hər iki milləti ayrı saxlayıb, onları yaxınlaşmağa qoymayıb. Amma millətçilərə bu məsələ işləmədi və işləməz də. Türkmənlərin Güney Azərbaycanla əlaqələri 2009-cu il sel fəlakətindən sonra daha da gücləndi. Türkmən ərazisini sel apardı və bizə ilk köməyə gələn Güney azərbaycanlılar oldu.
- İraqda yaşayan Kərkük türkləri (türkmanlar) öz ana dilində yazıb-oxumaq haqqına sahibdir. İranda yaşayan türk xalqları bu haqqı nə zaman əldə edəcək?
- İran dövləti İraq dövləti kimi deyil. İraqda bir zamanlar diktatorluq olsa da, müstəqil dövlətlərin hökmü ilə devrilib. Amma İranda Qacar dövləti devrilərkən, ingilis generalı Edmund Ayronsayd tərəfindən Britaniya imperiyasına tabe olan qondarma hökümət quruldu: Pəhləvilər hakimiyyətə gəldi. İslam Cümhuriyyəti dövrü də bu cür davam edir. Odur ki, biz haqlarımızı savaşla ala bilərik. İran dövləti cinayətkar və nökər bir dövlətdir. Heç bir zaman müstəqil olmayıb və olmayacaqdır. Biz inanırıq ki, yaxın günlərdə bu rejimi dağıdayacağıq. Qoy, orada farsların müstəqil dövləti olsun! Lakin orada türkmənlərin, Güney Azərbaycan türklərinin, əhvazların, kürdlərin də müstəqil dövlətləri olacaq. 21-ci əsrdə Xamenei və onun dinçi, cinayətkar hərəkətləri yolverilməzdir. İran-fars rejiminin yaxında yıxılacağına ümidliyik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı açıqlandı - (Foto)
-
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
-
İran Hörmüz boğazının bağlandığını elan edib
-
Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"
-
Pezeşkian: ABŞ öhdəliklərinə qayıtsa, İran Hörmüz boğazını açacaq
-
Müctəba Xameneinin müraciəti yayılıb
XƏBƏR LENTİ
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək





