İran

İranda müəllim şagirdləri ilə bu mahnını oxudu, işdən qovuldu - VİDEO

17 Fevral 2023 18:20
Baxış: 2 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Mazandaran vilayətinin Qaimşəhr şəhərində müəllim sinifdə şagirdləri ilə mahnı oxuduğuna görə vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc müəllimin şagirdləri ilə vulqar hesab edilən mahnı oxuduğu iddia edilir.

Sinifdə lentə alınan video sosial şəbəkələrdə sürətlə paylaşılaraq gündəm olub. Bunun ardınca Mazandaran vilayətinin təhsil idarəsi müəllimi vəzifəsindən azad edib. Bununla yanaşı, hazırda videonun çəkildiyi məktəbin lisenziyasının ləğv edilməsi məsələsi müzakirə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.