İran

Xoy və Salmasda məktəblər bağlandı

29 Yanvar 2023 12:00
Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 29-da Güney Azərbaycanın Xoy və Salmas şəhərlərində zəlzələ səbəbindən məktəblərdə tətil edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsindən bildirilib.

"Yeraltı təkkanların yenidən baş verə biləcəyi ehtimalını nəzərə alaraq, şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün bütün təhsil ocaqlarının tətil edilməsinə qərar verilib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 664 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.