İran

Keçmiş oyunçu İran futbolundan uzaqlaşmasının səbəbini açıqladı: “Orada futbolçuları edam edirlər” - FOTO

7 Yanvar 2023 10:15
Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın "Persepolis" futbol klubunun niderlandlı hücumçusu Yurgen Lokadia oölkədən uzaqlaşmasının səbəbindən danışıb.

Bu mövsümün ilk yarısında İranı tərk edən futbolçu bunu "insanların açıq şəkildə edamı" ilə əlaqələndirib.

Milli.Az oxu.az-a istibadəb xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

O, "İnstagram" hesabında "Persepolis" ilə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinin təfərrüatlarını açıqlayıb. "Mənə hər cür təhqiramiz mesajlar göndərin. Mənə meymun deyin! Orada olduğum müddətdə əlimdən gələni etdim. Məsuliyyət hissimə əsaslanaraq insanlara kömək etdim. Media məni səbəbsiz yerə İranı tərk etmiş kimi təqdim edir. Orada insanları açıq şəkildə edam edirlər", - deyə Yurgen Lokadia açıqlamasında qeyd edib.

"Digər futbolçular edam edilərkən biz futbol oynamalı idik", - deyə o əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.