İranda istehsal 3 dəfə azaldı: ölkə talanır - Xatınoğlu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biz ümumdaxili istehsalı götürsək, İranda xidmət sektoru iqtisadiyyatın təxminən 52 faizini təşkil edir. Hazırda bazarın bağlanması, xidmət sektorundakı işçilərin öz işlərini dayandırması iqtisadiyyata dəyəcək böyük zərbə anlamına gəlir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında enerji və iqtisadi məsələlər üzrə güneyli ekspert Dalğa Xatınoğlu İrandakı 3 günlük tətilin iqtisadi zərərləri haqda danışarkən deyib.
O bildirib ki, aksiyaların davam etdiyi 3 ay ərzində İranın milli valyutası da təxminən 17 faiz dəyər itirib:
"Milli pulun dəyər itirməsi əlbəttə ki, aksiyalardan öncə də var idi. İndiki dövrdə isə aksiyalar milli pulun dəyərdən düşməsi, inflyasiyanın, qiymətlərin artmasını daha da sürətləndirir. Bu isə özlüyündə yeni bir etiraz dalğasına zəmin yaradır. Biz son 10 ilə nəzər salsaq görərik ki, İran iqtisadiyyatını hakimiyyət özü məhv edib. Ölkənin ümumdaxili istehsalı təxminən 10 il bundan qabaq 650 milyard dollar idisə, hazırda bu rəqəm 200 milyard dollara düşüb. Milli valyutanın dəyərdən düşməsi isə əlbəttə ki, iqtisadiyyatı daha da kiçildir. Ölkə iqtisadiyyatının axırına çıxan həmin kəslər hələ də İranda mövcuddurlar. Həmin ləyaqətsizliklə, həmin qəddarlıq, xalqa sayğısızlıqla iqtisadiyyatı məhv etməyə davam edirlər".
Ekspert onu da vurğulayıb ki, iqtisadi vəziyyətin düzəlmə ehtimalı olsa belə, bu, aksiyaların yatırılmasında rol oynamayacaq:
"Yeni gənc nəsil artıq bu doqmu, köhnə beyində olan insanları, ölkənin iqtisadiyyatını tar-mar edənləri və ideologiya ilə xalqın məişətini bərbad günə qoyanları qəbul eləmir. Yəni iqtisadi vəziyyət yaxşılaşsa belə, bu aksiyaların qarşısını almaq mümkün deyil. Artıq İran xalqı, həmçinin bizim öz türk soydaşlarımız orada azadlıq tələb edirlər, bu nalayiq insanlardan qurtulmaq istəyirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb





