İran

İranlı futbolçular himni oxumadıqlarına görə repressiya ilə üzləşə bilər - VİDEO

24 Noyabr 2022 16:20
Baxış: 848

İran millisi dünya çempionatının qalan oyunlarında da dövlət himnini oxumaqdan imtina edərlərsə, komanda repressiyalarla üzləşə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tehran rəsmilərinin bəyanatlarından aydın olur.

Belə ki, Tehran şəhər şurasının sədri Mehdi Çamran iranlı futbolçuların İngiltərə yığması ilə oyundan əvvəl himn oxumamasını kəskin tənqid edib və bunun cəzasız qalmayacağını bildirib.

"Biz heç vaxt imkan vermərik ki, kimsə himnimizi, bayrağımızı təhqir etsin. İran sivilizasiyasının bir neçə min illik tarixi var. Bu sivilizasiya Avropa və Amerika sivilizasiyalarının cəmi kimi qədimdir", - deyə o əlavə edib.

Britaniyalı İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə sədrlik edən mühafizəkar deputat Alisiya Kerns iranlı oyunçuların həyatlarının təhlükədə olduğunu bildirib. O, iranlı futbolçuların addımını "cəsarətli siyasi bəyanat" adlandıraraq, sığınacaq istədikləri təqdirdə Britaniyanın onlara dəstək olmasına çağırıb.

Xatırladaq ki, İranın milli futbol komandasının üzvləri Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığması ilə oyundan əvvəl dövlət himnini oxumaqdan imtina ediblər. Komandanın futbolçusu Əlirza Cahanbəxşin sözlərinə görə, bu yolla idmançılar ölkədə baş verən etirazlara dəstək və onların qurbanlarının xatirəsinə ehtiram nümayiş etdiriblər. Qeyd edək ki, görüş İngiltərə millisinin 6:2 hesablı darmadağını ilə yekunlaşıb.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics