İran

İranda etirazçılar SEPAH-ın bankını yandırdı - VİDEO

29 Oktyabr 2022 18:17
Baxış: 1 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhədli gənc etirazçılar ötən gecə şəhərdə yerləşən İran İnqilabının Keşikçiləri Korpusuna məxsus "SEPAH" bankına qumbara ataraq od vurublar. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, məşhəd sakinləri etiraz edən gənclərin bu addımına çox seviniblər. 

Qeyd edək ki, son günlər ölkədə hakimiyyət əleyhinə qiyamın davam etməsi ilə xalqa divan tutan yarımhərbi və radikal Bəsic və SEPAH qüvvələrinə məxsus qərargah və bazaların yandırılması halları xeyli artıb.

Narazı gənclər bu addımla Xameneyi və hökumət rəsmilərinin repressiv siyasətinə qarşı qəzəblərini bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.