İran

İranın bu şəhəri boşaldılır

30 İyul 2022 18:10
0 Şərh     Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son iki gün ərzində güclü leysan yağışlarına görə, İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Dehəc şəhərinin boşaldılmasına göstəriş verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Məcid Səidi deyib.

M.Səidinin sözlərinə görə, Şəhre-Babək rayonunda Dehəc şəhərinə yaxın su bəndi tamamilə dolub və su bəndinin dağılması ehtimalı var.

Son məlumatlara görə, ötən 8 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində 59 nəfər ölüb, 30 nəfər itkin düşüb. İndiyədək 5 215 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

İranın Qırmızı Aypara Cəmiyyəti ölkədə 27 min zərərçəkənə yardım edildiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.