Son iki gün ərzində güclü leysan yağışlarına görə, İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Dehəc şəhərinin boşaldılmasına göstəriş verilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Məcid Səidi deyib.
M.Səidinin sözlərinə görə, Şəhre-Babək rayonunda Dehəc şəhərinə yaxın su bəndi tamamilə dolub və su bəndinin dağılması ehtimalı var.
Son məlumatlara görə, ötən 8 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində 59 nəfər ölüb, 30 nəfər itkin düşüb. İndiyədək 5 215 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.
İranın Qırmızı Aypara Cəmiyyəti ölkədə 27 min zərərçəkənə yardım edildiyini bildirib.
Milli.Az