İran

Edam olunmuş İran jurnalistinin atası ruhani libasından imtina etdi

16 Dekabr 2021 16:42
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur jurnalist və ictimai fəal Ruhulla Zəmin İran rejimi tərəfindən edam edilməsindən bir il ötür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu tarix təkcə Fransada mühacir həyatı yaşamış Zəmin müəmmalı həbsinin yeni təfərrüatlarının üzə çıxması ilə deyil, həm də onun atası hüccətül-islam Məhəmmədəli Zəmin qurulmasında və möhkəmlənməsində bilavasitə iştirak etdiyi islam hökumətinə meydan oxuması ilə yadda qaldı.

Belə ki, dekabrın 13-də Zəminin Tehrandakı məzarı başında keçirilən məclisdəki çıxışı zamanı Məhəmmədəli Zəm hakimiyyətin ona göstərdiyi təziq və basqılara etiraz əlaməti olaraq əba və əmmaməsini çıxarıb ruhani libasından imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.