Maraqlı

Nazirdən quş qripi ilə bağlı xəbərdarlıq

6 Noyabr 2021 09:24
0 Şərh     Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın kənd təsərrüfatı və ərzaq naziri Julyen Denormandi Avropa ölkələrində quş qripinin sürətlə yayılması ilə əlaqədar ölkə əhalisinə xəbərdarlıq edib.

"Avropada quş qripi epidemiyasının yayılması bizə təhlükəsizlik səviyyəsini yüksəltməyə və sənayemizin qorunmasını təmin etmək üçün lazımi tədbirlər görməyə məcbur edir", - deyə Fransa rəsmisi bildirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, nazir vurğulayıb ki, yoluxma riski artdığından quşlar qapalı yerlərdə və ya qəfəslərdə saxlanılmalıdır.

Julyen Denormandi əlavə edib ki, bu tədbirlər bütün təsərrüfatlarda quşların vəziyyətinin gündəlik monitorinqi ilə müşayiət olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.