Maraqlı

Dərmanı çay, süd, meyvə suyu ilə qəbul etmək olmaz - Təbib rəsmisi

30 Oktyabr 2021 21:35
0 Şərh     Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dərman vasitələrini düzgün dozada, istifadə təlimatına uyğun istifadə etmək vacibdir".

Bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev "Dərman təhlükəsizliyi və farmakonəzarət" mövzusunda çıxışında bildirib.

E. Quliyev deyib ki, dərman qəbulu zamanı yaşanan əlavə təsirləri bildirmək lazımdır: "Bu halda istər tibb işçiləri, istər pasiyentlərin özləri tərəfindən bu əlavə təsirlərin qarşısı zamanında alınır".

TƏBİB-in departament rəhbəri qeyd edib ki, ağızla qəbul edilən dərman vasitələri su ilə qəbul edilməlidir: "Çox soyuq, ya da çox isti su ilə dərman qəbul etmək düzgün deyil. Belə dərmanları otaq temperaturunda bol su ilə qəbul etmək lazımdır. Dərmanları meyvə şirələri ilə qəbul etmək olmaz, çünki reaksiyaya girə bilərlər. Bəzi insanlar dərmanları çay və ya südlə qəbul edirlər, bu da arzuedilməzdir. Süd ilə antibiotik vasitələri qəbul etmək olmaz. Spirtli içkilərlə dərman vasitələrini qəbul etmək ümumiyyətlə, yolverilməzdir, ciddi təhlükə yaradır".

E. Quliyev nəzərə çatdırıb ki, dərmanın susuz qəbul edilməsi də düzgün deyil:

"Çünki su ilə dərman daha yaxşı sovrulur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.