Çəkimizin 3-4 kq mikroblardı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həkimlərdən biz tez-tez belə bir ifadə eşidirik: bağırsağın mikroflorası pozulub. Bu nə deməkdir? Ümumillikdə "bağırsağın mikroflorası" nədir?
İnsan bağırsağında milyonlarla mikroorqanizmlər yaşayır. Məhz bu mikroorqanizmlər bağırsağın mikroflorasını yaradır. Alimlər sübut edir ki, həzm sistemində yaşayan mikrobların ümumi çəkisi orta hesabla 3-4 kq təşkil edir. Mədə-bağırsaq sistemində 450-dən artıq müxtəlif mikroorqanizmlər yaşayır.
Bağırsağın mikroflorası çox vacib funksiyaları yerinə yetirir:
- Sağlam mikroflora ilk növbədə müdafiə funksiyanı yerinə yetirir. Faydalı mikroorqanizmlər (ilk növbədə bakteroidlər, bifido- və laktobakterilər) xüsusi maddələr (süd turşusu, lizosim və s.) ifraz edir ki, bu maddələr bağırsaqda yaşayan ziyanlı bakterilərin (stafilokokk, müxtəlif göbələklər vəs.) inkişafını tormozlayır. Həmçinin sağlam mikroflora mexaniki olaraq bağırsağı ziyanlı mikrobların daxil olmasından qoruyur, müxtəlif allergen və toksinləri zərərsizləşdirir.
- Mikroflora həzm proselərində iştirak edir - bir çox fermentləri sintez edir.
- Digər tərəfdən sağlam mikroflora mübadilə proseslərdə böyük rol oynayır. Belə ki, bu mikroflora aminturşuların, zülalların, vitaminlərin sintezində iştirak edir, kalsium, dəmir və bəzi digər mineralların qana sovrulmasına kömək edir.
- Sağlam mikroflora bağırsağı onkoloji xəstəliklərin inkiaşafından qoruyur.
Bağırsağın mikroflorası çox incə bir strukturdur. Bir çox faktorlar normal mikrofloranın pozulmasına gətirib çıxarda bilər:
- kəskin və xroniki streslər,
- düzgün olmayan qidalanma (qidalanmada meyvə-tərəvəzlərin, göyərtilərin, süd məhsulların az, şirin, yağlı, konservləşdirilmiş, qızardılmış qidaların çox olması),
- mədə-bağırsaq sistemi xəstəlikləri, cərrahi əməliyyatlar, immun sisteminin kəskin zəiflənməsi,
- bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (antibiotiklər, sulfanilamid preparatları, hormonlar, kimyəvi terapiya və s.). Nəzərinizə çatdıraq ki, antibiotiklərin qısa kursları disbakterioza səbəb olmur. Müalicə qurtardıqdan sonra normal mikroflora tez bir zamanda bərpa olunur. Bu səbəbdən belə qısa müalicə kurslardan sonra probiotiklərin (mikrofloranı bərpa edən preparatlar) qəbuluna ehtiyac yoxdur.
Lakin uzun müddət ərzində güclü antibiotiklərin qəbulu bağırsağın normal mikrofloranı kəskin şəkildə pozur.
- arıqlamaq məqsədi ilə tutulan pəhrizlər (söhbət ilk növbədə düzgün olmayan pəhrizlərdən gedir - uzun müddət ərzində 1-2 məhsulla qidalanma), ac qalma.
Bağırsağın normal mikroflaranın pozulması (sağlam mikrobloranın azalması, zərərli mikrofloranın çoxalması) disbakterioz adlandırılır. Bu pozulmanın nəticəsində orqanizm tam şəkildə bura daxil olan qidanı mənimsənilə bilmir və qidanın qalıqları burada çürüməyə başlayır. Çürümə məhsulları qana sovrulur və orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Disbakteriozun fonunda bir çox hallarda allergiya, anemiya, astma, depressiya, xroniki yorğunluq inkişaf edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
XƏBƏR LENTİ
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto/Video)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza





