Maraqlı

Tanınmış bloqer məşhur serialda ərinin şəklini gördü - VİDEO

17 Oktyabr 2021 01:33
0 Şərh     Baxış: 1 719

Amsterdamdan olan məşhur "TikTok" bloqeri Rianna Meyer serilların birində ərinin şəklini görərək şoka düşüb.

Məlum olub ki, rejissorlar qızın "Instagram" hesabından fotonu götürüblər, qızın təsvirini aktrisanınkı ilə əvəzləyiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə virus kimi yayılaraq cəmi bircə günə 2,6 milyon baxış toplayıb.

Bloqer özü vəziyyəti gülüşlə qarşılayıb.

"O kimdir? Mən anlamıram. Ancaq ümumilikdə birlikdə yaxşı görünürlər. Bununla bağlı nə deyəcəyimi bilmirəm", - deyə qız zarafat edib. Roliki isə o, "İnternet çox şən məkandır" adı ilə paylaşıb.

Sürətlə yayılan video serialın yaradıcılarına da çatıb.

Sonradan Meyer bildirib ki, layihə komandası onunla əlaqə saxlayaraq, üzrxahlıq edib.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.