Maraqlı

Hıçqırıq necə yaranır?

24 Oktyabr 2021 23:35
0 Şərh     Baxış: 2 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hıçqırığın səbəbləri nələrdir?

Hıçqırıq - diafraqma əzələsinin ani, qeyri -ixtiyari yığılmasıdır. Diafraqma əzələsinin spazmları zamanı səs telləri bağlanaraq hıçqırıq səsi çıxarır.
Hıçqırıqların ümumi səbəbləri bunlardır:
-çox tez sürətlə yemək,
-çox yemək və ya içməklə bərabər havanı udmaq,
-diafraqmanı idarə edən sinirləri qıcıqlandıran xəstəliklər,
-qarın boşluğu əməliyyatıları,
- beyin iflici,
-beyin şişləri,
-zərərli tüstü ilə nəfəs almaq
-müəyyən dərmanların qəbulu.
Diafraqmanı idarə edən sinirləri qıcıqlandıran hər hansı bir xəstəlik (qaraciyər xəstəliyi, sətəlcəm və ya digər ağciyər xəstəlikləri) hıçqırıq verə bilər.
Qarın cərrahiyyəsi də diafraqmanı idarə edən sinirləri qıcıqlandıraraq hıçqırıqlara səbəb yarada bilər.
Beyin toxumasını əhatə edən zədələr və ya beyin şişləri və bəzi xroniki somatik xəstəliklərin (məsələn, böyrək çatışmazlığı) hıçqırıqlara səbəb olduğu bildirilir.
Bunlardan başqa ani temperatur dəyişiklikləri,qorxu və ya həyəcan da hıçqırıq yaradır. Dərmanlardan- Diazepam (Valium), alprazolam (Xanax) və lorazepam (Ativan) daxil olmaqla əksər benzodiazepinlər,
Levodopa, nikotin və ondansetron (Zofran) hıçqırığa səbəb ola bilər.

Hıçqırıqların əksəriyyətini qısa müddətdə müalicə etmək və ya həll etmək olar, nadir hallarda isə təcili tibbi yardım gərəkə bilər.

Hıçqırıqlar üç saatdan çox davam edərsə,  ya yemək və ya yuxu vərdişlərinizi pozarsa, həkimə müraciət etmək lazımdır.

Ev müalicələri və ya hıçqırıqlardan qurtulmağın yolları bunlardır:

-Nəfəsinizi tutaraq tez bir stəkan su içmək
-Dili sərt şəkildə çəkmək
-Limon dişləmək
-Su ilə qarqara
-Qoxulu duzları qoxulamaq.

Qadınlar və kişilər eyni nisbətdə  hıçqırıqlara meyllidirlər, lakin 48 saatdan çox davam edən hıçqırıqlar kişilərdə daha çox görülür. Hıçqırıqlar hələ uşaqlıqda olarkən fetusda ( döldə) da meydana gələ bilər.

Körpələrdə hıçqırığı necə dayandırmaq olar?

Yetkinlərdə olduğu kimi yenidoğulmuşlarda, körpələrdə hıçqırıqlar tez -tez baş verir və ümumiyyətlə,  heç bir narahatlıq yaratmır. Qidalanma zamanı hıçqırıqlar baş verərsə, onun keçməsinə qədər qidalanmanı dayandırmaq lazımdır.  Adətən, körpələrdə hıçqırıq  tez keçir.  Körpənin mövqeyini dəyişdirməyə cəhd edə bilərsiniz; Bəbənizi yırğalamağa çalışın və ya hıçqırığın dayanması üçün üçün sakitləşdirin. Bəzən qidalanmaya yenidən başlamaq hıçqırıqları dayandıra bilir.

Körpənizin hıçqırıqları artarsa və ya onu o
narahat edərsə,, pediatrınızla əlaqə saxlayın.

Hıçqırıqların əlamətləri və simptomları hansılardır?
 
Hıçqırıq səsinə səbəb olan diafraqmanın qəfil, güclü hərəkəti hıçqırığın yeganə simptomudur.

Hansı hallarda həkimə müraciət etməliyəm?

Hıçqırıqlarla əlaqəli olduqda həkimə müraciət səbəbləri : qarın ağrısı, hərarət, təngnəfəslik, qusma, qanlı öskürək və ya boğazda tıxanma hissi.

Tibb mütəxəssisləri hıçqırıqların səbəbini necə müəyyən edir? Hansı həkimlər hıçqırıqları müalicə edirlər?

Bir çoxumuz hıçqırıqın nə olduğunu və onu aylrd edə bilirik. Tibbi şəraitdə hıçqırıq diaqnozu fiziki qiymətləndirməyə əsaslanır. Hıçqırıqlar sağlamlıq vəziyyətinin əlaməti olmadıqda qan testləri və ya rentgen şüaları ümumiyyətlə lazım deyil.Digər hallarda həkimlər lazımi müayinələri istəyə bilər.

Əsas səbəbdən asılı olaraq hıçqırıqları müalicə edən bir çox fərqli mütəxəssis ola bilər:

Səbəb bir iflic və ya digər nevroloji bir xəstəlikdirsə,  nevroloqa müraciət edə bilərsiniz.
Səbəb həzm sistemi xəstəlikləri bağlıdırsa, qastroenteroloqa ehtiyac duyulur.
Səbəb ağciyər xəstəliyi və ya sətəlcəmdirsə, tənəffüs yollarının xəstəlikləri üzrə mütəxəssis olan pulmonoloqa müraciət edə bilərsiniz.

Hıçqırıqların tibbi müalicəsi varmı?

Hıçqırıqların çoxu öz -özünə dayanacaq. Hıçqırıqları aradan qaldırmaq üçün ev müalicələri ümumiyyətlə kifayətdir.

Davamlı hıçqırıqlar üçün (üç saatdan çox davam edən) müalicə dəyişir və həkiminizlə əlaqə saxlamağınız lazım ola bilər.

Davamlı hıçqırıqlar zamanı həkim mütəxəssisi dərmanlar təyin edə bilər.

Bəzi əzələ yimşaldıcı, sakitləşdirici, analgetik və hətta stimulantlar hıçqırığı  azaltmağa kömək edə bilir.
Frenik sinir əməliyyatı (diafraqmanı idarə edən sinir) son çarədir. Bu müalicə nadir hallarda həyata keçirilir və yalnız digər müalicələrə cavab verməyən uzun müddətli hıçqırığı olan şəxslərdə istifadə olunur.

Hıçqırığın fəsadları varmı?
 
Hıçqırıqların əksəriyyəti öz-özünə və ya müalicə ilə həll olunduğundan fəsadlar olduqca nadirdir.

Hıçqırıqların yemək və yuxu rejimini pozduğu ağır və davamlı vəziyyətlərində kilo itkisi və ya yuxu pozğunluqları meydana gələ bilər.

Nadir hallarda ağır hıçqırıqlarda ürək aritmiyaları və qastroezofageal reflüks xəstəliyi qeyd olunur.

Hıçqırıqların qarşısını almaq mümkündürmü?

Hıçqırıqların qarşısını həmişə almaq olmaz. Aşırı yeməkdən, çox tez yeməkdən və ya çox qazlı sular içməmək hıçqırıqların qarşısını ala bilər.

Hira Abbey
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.