Nəmləndirici kremlərdən istifadə zamanı buraxılan səhvlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düzgün seçilmiş nəmləndirici cildi yumşaq və daha elastik edərək, yaşlanmasını ertələyir. Lakin düzgün və qədərində istifadə olunmayan hər məhsul kimi nəmləndiricilər də dərinizə ziyan vura bilər.
Milli.Az Axşam.az-a istinadən nəmləndirici kremlərdən istifadə edərkən buraxılan səhvləri təqdim edir.
Quru dəriyə nəmləndirici çəkmək
Nəmləndirici kremin ən düzgün istifadə vaxtı duşdan çıxdıqdan sonra dərhal çəkilməsidir. Dəri nəmli olduqda, məsamələr hələ də açıq olur. Bu da nəmləndiricinin dərinin dərinliyinə nüfuz etməsinə imkan verir.
Yağlı dəriyə sahib olduğunuz üçün nəmləndiricidən istifadə etməmək
Bu tip insanlar dərilərinin artıq nəmə ehtiyacı olmadığını, bəziləri isə cildi daha da yağlanacağını düşünür. Ancaq yağlı, quru və ya qarışıq dəriyə sahib olmağınızdan asılı olmayaraq nəmləndiricidən istifadə etməlisiniz.
Mütəmadi və ya nizamsız istifadə
Dərinizə gündə bir dəfə nəmləndirici kremlə qulluq etməyə çalışın. Onun yenidən quruyub bərpa etdiyi zənciri təkrar qırmayın.
Nəmləndiricidən göz kremi kimi istifadə
Göz ətrafındakı dəri çox həssasdır. Bu bölgə üçün xüsusi olaraq hazırlanmış məhsullara var. Ətirli nəmləndiricilər həssas dərini qıcıqlandıra, şişkinlik yarada, gözünüzlə təmas edərsə, yandıra bilər.
Tərkibinə fikir verməmək
Tərkibini oxumadan nəmləndirici kremlər almayın. Sizin üçün qablaşdırmanın gözəl olması deyil, tərkibi önəmli olmalıdır. Tərkibində kakos, zeytun yağı və ya aloe vera kimi maddələr olan nəmləndiricilərə üstünlük verin.
Nəmləndiricini çəkər-çəkməz tonal krem dən istifadə
Nəmləndiricinin dəriyə tam nüfuz etməsinə vaxt ayırsanız bu zaman tonal kremi bərabər şəkildə üzə yayaraq qüsurları örtə bilərsiniz.
İllərcə eyni məhsuldan istifadə
Yaşla birlikdə cildin ehtiyacları da dəyişir. Eyni məhsula sadiq qalmaq dərinizə heç bir şəkildə fayda verməyəcək.
Həddindən artıq çox istifadə
Nəmləndiricidən qalın qat çəkməyə ehtiyac yoxdur. Düzgün kremdən istifadə etdiyinizə əminsinizsə, nazik təbəqə çəkərək də üzünüzə qulluq edə bilərsiniz.
Təkcə üzə çəkmək
Nəmləndirici kremlər təkcə üz üçün nəzərdə tutulmayıb. Boynunuza, qollarınıza, dirsəklərinizə, ayaqlarınıza, əllərinizə və barmaqlarınıza çəkərək daha yumşaq cildə sahib ola bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
XƏBƏR LENTİ
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto/Video)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi





