Maraqlı

Körpələrin 3 aylıq əzabı

19 Oktyabr 2021 08:46
2 Şərh     Baxış: 4 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Köp əleyhinə dərmanlar körpəni sakitləşdirsə də, qazı yox etmir

Körpələrin 99%-i ilk 3 ayda qarnına köp yığılma problemindən əziyyət çəkir. Bu mərhələni olduqca çətin keçirən körpələr ağlamaqla yanaşı gecə ilə gündüzü səhv salır, qidalanmaqdan imtina edir, yatmır. Nəticədə isə böyümə üçün vacib olan ilkin 3 ayı uşaq yatmalı olduğu halda ağlayaraq və narahat bir halda başa vurur.

İlk 3 ay qarşısı alınmayan bu narahatlıq sonrakı aylarda da körpədə mütləq bir iz qoyur. Əksər uşaqlar 3 ay bitdikdən sonra belə daim ağlağan olur, bəziləri elə 3 aydakı kimi yuxu və qidalanmadan imtina edir. Bu cür uşaqların yenidən rejimə düşməsi isə zaman alır.

Bir çox inkişaf etmiş ölkələrdə klinikalarda yeni doğulan körpələrin bu problemini həll etmək üçün 3 aylıq ana və körpə rejimi, ana pəhrizi, körpə üçün rahatlama masajları təlimləri keçilsə də, Azərbaycanda bu cür məlumatlandırma, demək olar ki, yoxdur. Apteklərdə köp əleyhinə müxtəlif dərmanlar və siroplar olduğu halda əksərən bunlar da körpələri sakitləşdirmir. Valideynlərin isə uşağı sakitləşdirmək üçün verdiyi normadan artıq doza boş yerə dərman yığınının yaranmasına səbəb olur.

Pediatr Nərmin Fərzəliyevanın sözlərinə görə, yeni doğulan körpələrin ilk 3 ay köpdən əziyyət çəkməsi onların mədə- bağırsağının işlək olması səbəbindəndir. Təzəlikcə həzmə öyrəşən orqanlar, üstəlik hərəkət məhdudiyyətinin olması körpələrin ağrımasına səbəb olur ki, buna uyğun tətbiq edilən masajlar daha çox effekt verir: "Körpələrdə qaz sancısı, ümumiyyətlə, doğumdan 2-3 həftə keçdikdən sonra özünü göstərən və körpənin çox ağrı çəkdiyini valideynə düşündürən əlamətlərlə özünü göstərməkdədir. Sağlam körpələrdə görülə bilən və tibb dilində kolik adı verilən qaz sancısı əlamətləri, ümumiyyətlə, aralıqsız ağlama şəklində özünü göstərir. Körpə ağlayır, ayaqlarını yığır, ağlamaq çığırtı formasını alır. Həkim müayinəsində ağrının qarşılığı olacaq bir narahatlığı yoxdursa, qaz sancısı olaraq qəbul edilir. Qaz sancısının səbəb olduğu ağlama halları 1-2 saat davam edə bilər və körpə çox ağrı çəkdiyini hərəkətləri ilə izah edər. Əllərini yumruq şəklində tutması, bütün qüvvəti sərf ediləcək qədər ağlaması da qaz sancısının əlamətləri arasında yer ala bilir. Gün ərzində 4-5 ailə bu səbəblə müraciət edir. Müayinədən sonra heç bir problemin olmadığını desək də valideyn israrala dərman tələb edir. Bu gün köp əleyhinə dərmanları bu qədər məhşur edən də elə valideynlərdir".

Heç bir dərmanın 100% təsir qüvvəsinə malik olmadığını deyən pediatr bildirir ki, bunar təbii otlardan hazırlanan və xoş dadlandırılan mayelərdir. Bir müddətlik körpəni sakitləşdirsə də qazı yox etmir: "Ümumiyyətlə, qazdan qurtulmaq üçün heç bir dərman yüzdə yüz effektli deyil. Ola bilər ki, hansısa dərman bir müddətli uşağı sakitləşdirsin, amma köpü tamamilə aradan qaldırmır. Belə bir dərmanı düzətmək də mümkün deyil. Bağırsaqlar tam formalaşana kimi bu hal davam edəcək. Demək olmaz ki, bu müddət dəqiq 3 ay çəkəcək. Daha çox da ola bilər. Körpədən körpəyə fərqlilik göstərən köp 6 ay tamamına kimi davam edə bilər. Əgər hər hansı bir dərman dəqiq təsir etsəydi, satışda bu qədər dərman olmazdı. Analara məsləhətim budur ki, heç bir dərmandan istifadə etməsinlər. Boş yerə mədəni yükləyən dərmanlar körpəyə heç bir fayda vermir. Bunun yerinə yeməkdən dərhal sonra uşağı dik tutmaq, ayaqüstə gəzdirmək, masaj etmək həm təbii üsul, həm də faydalıdır".

İstilik, qusma, qanlı nəcis gəlmə kimi vəziyyətlərdə dərhal bir mütəxəssisə aparmaq lazımdır. Bu hallar heç bir halda köpün əlamətləri deyil. Sidik yolu infeksiyası, orta qulaq infeksiyası, yırtıq və ya bağırsaq problemləri, qida allergiyaları qaz sancılarıyla qarışa biləcək ağlamağa səbəb ola bilər. Bu xəstəliklərə aid tapıntılar yoxdursa, həkiminizin təklif etdiyi bitki mənşəli çaylar və ya damcılar istifadə edə bilərsiniz. Bu dərmanların təsirləri fərdi fərqliliklər göstərə bilər. Buna görə də həkim məsləhəti ilə preparat qəbuluna başlamaqda fayda var.

N.Fərzəliyeva qeyd edir ki, uşaqları sakitləşdirmək yolları arasında tozsoran, fen səslərini qoşub uşağa dinlətdirmək olsa da, bu da yanlış bir üsuldur. Azyaşlının əsəb sisteminə birbaşa təsir edən bu üsullar nadir hallarda işə yaraya bilər. Belə olan halda valideynin daimi bu üsuldan istifadə etməsi körpəni əsəbi edir: "Bu, artıq isbat olunub ki, fen, tozsoran və bu kimi axıcı səslər körpələri sakitləşdirir. Onlar özlərini ana bətnindəki kimi hiss edir. Amma bu, çox yanlış bir metoddur. Körpə yeni həyatına adaptasiya olmalıdır. Onu daimi olaraq ana bətni ilə aldadıb iki dünya arasında qoymaq inkişafına mənfi təsir göstərəcək. Uşaq bu səslərə bağlı olarsa, özünü səssiz təhlükədə hiss edəcək. Bu zaman isə valideyn daim tozsoranla gəzməli olacaq. Qəbul etmək lazımdır ki, köp təbii narahatlıqdır və sadəcə, bir neçə ay narahatlıq verir. Səbrlə körpəni sakitləşdirmək lazımdır ki, o, ananın gərginliyini hiss etməsin. Əgər müayinələr körpədə heç bir problem aşkarlamırsa köp sonradan heç bir problem yarada bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.