Quranla rabitənin 3 növü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quran oxumaq hamımız üçün zəruri və lazımlıdır. Quranla rabitənin üç növü vardır:
1. Qurani adi oxumaq. İnsan İlahi əmrə itaət etmək üçün Quranı xətm edər və bu cür rabitə bəyənilən rabitədir və insanın ruhuna və ürəyinə təsir qoyar.
2. Quranı tərtillə (aram-aram, aydın və tərtiblə) oxumaq. Quranı bu cür oxumaq birinci növ rabitədən daha mühümdür. Birinci halda insan savab qazanar, lakin ruhuna təsiri az olar. O zaman ki, insan Quranı tərtillə oxuyar, Quranın mənasını başa düşməsə də, ancaq hiss edər ki, ürəyi də dili ilə birlikdədir.
3. Quranı təvazökarcasına oxumaq. Bu növ yuxarıdakı hər iki növ rabitədən daha yaxşı və mühümdür. Bu cür növ rabitədə Quran oxumaq insan ürəyini Allah üçün müti edər. "Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!". ("Hədid" 16). Quranı tərtillə oxumaq, təvazökar halın başlanğıcıdır. O zaman ki, insan Quran qarşısında təvazökar olar, ürəyi də onunla bir yerdə Quran oxuyar. Bu Quran onun canına nüfuz edər.
Quran üçün zahiri ədəbə riayət olunmalıdır. İnsan dəstəmazlı və təharətli olmalıdır. Quran oxuyan zaman ayaqlarını uzatmamalıdır. Heç kimlə söhbət etməməli və o tərəf-bu tərəfə baxmamalıdır.
Hədislərin buyurduğuna görə Quran canlıdır və canı vardır. Ancaq biz onu dərk etmirik. Lakin o kəslər ki, qəlb əhlidirlər, Quranla söhbət edərlər və Quran da onlarla söhbət edər. Quranın təyyib həyatı vardır. İnsan Quran qarşısında ədəbli olmalıdır, həm zahirdə və həm də batində. Ürək də ədəbli olmalı və o tərəf-bu tərəfə baxmamalıdır. Diqqəti ancaq Quranda olmalıdır. İnsan Quran oxuyan zaman qəlb hüzuru meydana gələr və bu zaman insan özünü İlahi dərgahda hiss edər və Onunla söhbət edər.
İnsan elə bir yerə gəlib çatar ki, Allah onunla söhbət edər. İmam Sadiq (ə) buyurur: "Əgər qəlb hüzuruna çatmamısınızsa, Allahın cavabını verin və zahirdə deyin: "Ləbbeyk". İnşəallah, bu qəlb hüzuru halı sizin üçün hasil olar. O yerə çatarsan ki, həqiqətən Allahın səsini eşidərsən".
Nəql edilir ki, bir nəfər mədrəsədə tələbə idi və gecələri qaranlıqda Quran oxuyardı. Ondan soruşan zaman ki, bu mərtəbəyə necə çatmısan? Deyərdi: "Allahla rabitədən. Halal yemək yediyimə, şübhədən çəkindiyimə, dilimə nəzarət etdiyimə, qulaq, göz və xüsusilə də bədən üzvlərimi kontrol etdiymə görə".
Mərhum Kərbəlayi Kazım bunun üçün başqa bir nümunədir və o, savadsız bir insan idi. O, halal və harama riayət etdiyi üçün İmam Zaman ağa (ə.f) tərəfindən xüsusi inayətə nail olur və Quran hafizi olur. O, Quran ayələrinin nurunu görər və onu oxuyardı. O, bu fəzlə Quranla ünsiyyətə görə çatmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





