Maraqlı

Türkiyədə məşhurlaşan itə mikroçip taxıldı

7 Oktyabr 2021 23:31
0 Şərh     Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində bir çox ictimai nəqliyyat vasitələrində dolaşmaqla məşhurlaşan itə mikroçip taxılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Boji adlanan it xüsusi tətbiq vasitəsilə addım-addım izlənilir. İzləmə sistemi ilə Bojinin bir gündə 29 dayanacaq qət etdiyi məlum olub. Eyni zamanda o, ictimai nəqliyyat vasitəsi ilə gündə azı 30 kilometr yol qət edib.

Boji bütün səyahət qaydalarını bilir; enən sərnişinlərə yol verir, gözləyir, qatara sakitcə girir və özünə yer tapır. O, sərnişinlər tərəfindən də çox sevilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.