Maraqlı

Öpüşüb-görüşməkdən imtina edin! - Professor

2 Oktyabr 2021 16:30
0 Şərh     Baxış: 2 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstənilən infeksiya kimi COVİD-19-a qarşı təbii immunitetin yaranması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, infeksiyaya yoluxub sağalmış insanlarda əmələ gələn immunitet həmin virusa qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur.

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib.

Onun sözlərinə görə, təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə (örtük təbəqə, matriks və nukleoprotein sırası) qarşı, hüceyrə yaddaşına total şəkildə həkk olunan, aktiv immunitet formalaşdırır: "Odur ki, mutant ştammından asılı olmayaraq, bütün təkrar yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni mövsümi infeksiya kimi keçirir".

M.Qəniyev qeyd edib ki, COVİD-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır: "Odur ki, öpüşüb-görüşməkdən imtina etməklə də yoluxma sayının kəskin azalmasına nail olmaq mümkündür".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.