Maraqlı

Britaniya alimləri sadə arıqlama üsulu tapdılar - “90 dəqiqə”

19 Sentyabr 2021 11:12
0 Şərh     Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı alimlər "90 dəqiqə" adlı sadə və effektli bir arıqlama üsulu hazırlayıblar.

Qeyd edilir ki, artıq çəkili insanlar bu qaydalara riayət edərək yeməkdə xüsusi məhdudiyyətlər və yorucu fiziki fəaliyyət olmadan arıqlaya bilərlər.

Belə ki, artıq çəkidən azad olmaq istəyənlərin həmişəkindən 90 dəqiqə gec səhər yeməyi, 90 dəqiqə tez axşam yeməyi yemələri tövsiyə olunur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatçıların fikrincə, bu qayda hər kəsə çox səy göstərmədən arıqlamağa kömək edəcək.

10 həftə ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, göstərilən qaydada yemək yeyənlər normal rejiminə əməl edənlərə nisbətən iki dəfə sürətli arıqlayıblar.

Eyni zamanda iştirakçılar yemək seçimində və miqdarında tamamilə sərbəst olublar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.