Bəzi insanlar niyə dindən qaçırlar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi insanların dindən qaçmağının səbəblərini bilmək üçün onların şəxsiyyətini tədqiq etmək lazımdır.
Onlarla rabitə ikitərəfli olmalıdır. Yəni, onlara sual verilməsi, tənqid etməkləri, seçim etməkləri üçün icazə verilməlidir. Onlar təhqir olunmamalı və məcburiyyət qarşısında qalmamalıdırlar.
Həzrət Peyğəmbər (s) buyurur ki, Qiyamət günü ən çox sual olunacaq dövr - cavanlıq dövrüdür. Ona görə də Həzrət (s) belə tövsiyə verir: "Cavan yaşında Allah bəndəsi olan cavan abidin, qoca yaşında ibadətə üz çevirən yaşlılardan üstünlüyü, İlahi mələklərin başqa insanlardan üstünlüyü kimidir".
Qurani-Kərim Peyğəmbərin (s) şəxsiyyəti haqqında buyurur: "Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır". ("Tövbə" 128).
Həzrət Peyğəmbər (s) həmişə insanlarla mülayim və mehriban rəftar edərdi. Əvvəl sevgi bağları üzərində rabitə qurardı və sonra İslam maarifini onun üçün bəyan edərdi. Bu ayə buyurur ki, peyğəmbəriniz (ə) sizin özünüzdəndir. Yəni, sizə çox yaxındır. Ona görə də sizi yaxşı dərk edir. Sizə bir qədər zərər dəysə, onun üçün çox ağır olur. Onun rəftarında sadiq olması, ürək yandırması o qədər çox idi ki, Quran buyurur: "Möminlərə qarşı çox mərhəmətli və mehribandır".
O Həzrət (s) qarşı tərəfin sözünə o qədər ədəblə qulaq asardı ki, Quran onun haqqında buyurur: "Onların bəziləri Peyğəmbəri incidir və "o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!" deyirlər. De: "O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir". Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır". ("Tövbə" 61).
Bu, həqiqətdir ki, insanları dinə cəlb etməyin yolu - əməldə mömin və dindar olmaqdır. İnsanın Allahla mənəvi rabitəsi ancaq çətin günlərinə aid deyildir. Gərək həyatının hər bir sahəsində, eniş və yoxuşunda özünü göstərsin.
Gərək həyatımızın yaxşı günlərində Allahı xatırlayaq ki, Allah da çətin günlərdə bizi tək qoymasın. Bizim yardımımıza gəlsin. İnsanların dinə olan meylini gücləndirmək üçün dinə həm fərdi və həm də ictimai inamı artırmaq lazımdır. Dini Allahın hədiyyəsi kimi təqdim etmək lazımdır.
Onlara başa salmaq lazımdır ki, din və mənəviyyat insana güc verir və həyatın hər bir çətinliyi ilə mübarizə aparmaq əzmi verir. O cümlədən stress və depressiya kimi xəstəliklərin qarşısını almaqda çox təsirlidir. İnsan ruhu sakitləşdirər və ona hüzur verər.
İnsanlara dini düzgün şəkildə çatdıra bilək. Bunun üçün Məsumların (ə) təlmilərindən bəhrələnək. Həm əməl və həm də sevgi yolu ilə onları dinə tərəf hidayət edə bilərik. Onlara çatdıraq ki, din insanın özünə olan etimadını gücləndirər və izzəti-nəfsini artırar. Onun rəftarını doğru yola hidayət edər. İnsan bu cür hidayət sayəsində başqalarını özünə cəlb edə bilər. Bu cür insanın müvəffəq ictimai həyatı olar. Onlara başa salaq ki, Allaha yaxın olmağın tək yolu - vacibatları yerinə yetirmək və haramları tərk etməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
XƏBƏR LENTİ
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)





